Coğrafiya dərslərində xəritə üzərində iş təcrübəsindən

Предмет: География
Категория материала: Другие методич. материалы
Автор:

Coğrafiya dərslərində “Klaster” metodundan istifadə təcrübəsindən

Mustafazadə A.İ.

Dünya və bizi əhatə edən aləm haqqında şagirdləri ətraflı məlumatlandıran Coğrafiya fənni hazırda məktəbimizdə və həmçinin Respublikamızın bütün ümumtəhsil müəssisələrində müxtəlif üsul və metodların köməkliyi ilə tədris olunur. Bu üsullar fənni daha maraqlı etməklə bərabər həmçinin şagirdlər tərəfindən mövzuların mənimsənilməsini asanlaşdırır. Amma bir şeyi unutmaq olmaz ki, hər bir metodun tətbiq olunduğu mövzunu və vaxtı dəqiq müəyyənləşdirmədən yuxarıda qeyd olunan məqsədə nail olmaq olmaz. Bəlkə də işimizi çətinləşdirmiş olarıq. Bu baxımdan mən də öz dərslərimdə yeri gəldikcə müxtəlif metodlardan istifadə edirəm. Bu metodların içində şagirdlər tərəfindən ən çox seviləni və daha effekli olanları sırasında qabaqcıl yerlərdə dayanan həm də ümumiyyətlə Respublikamızın ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən daha tez-tez istifadə olunanı “klaster” yəni, “şaxələndirmə” metodudur.

Klaster- şaxələndirmə deməkdir. Bu metod şagirdlərin hər hansı bir anlayış və ya mövzu barədə dərin biliklərini ortaya çıxaran metoddur. Onun köməkliyi ilə yekunda ortaya çıxan anlayışların araşdırılan və ya şaxələndirilən bilik və anlayışlarla əlaqəsini müəyyənləşdirmək və şagirdin biliklərinin qısa müddətdə mübadiləsini təmin etmək məqsədi daşıyır. Şagirdlərin sərbəst fikir yürütmə qabiliyyətlərinin və şagirdlər tərəfindən analiz və sintezetmənin  inkişafını təmin edir. Coğrafiya həyatla bilavasitə əlaqəli olduğuna və insanların dünya görüşündə müəyyən yer tutduğuna görə fənnə daxil olan istənilən anlayışı analiz və sintez etmək daha asandır. Bu baxımdan klaster metodu coğrafiya dərslərində daha effeklidir. Bir çox pedaqoqlar və təhsil mütəxəssisləri bu metodu tətbiq edərkən ortaya qoyulmuş anlayışın sonda yaranan anlayışlarla əlaqəsi olmaya da bilər- fikirlərini doğru qəbul etmirəm. Mənim fikirimcə bu tip ifadələr klaster metodunun səmərəlilik prinsipini şübhə altında qoyur və metod sanki söz oyunu xarakteri daşımağa başlayır. Halbuki, təlim metodları konkret məqsədə xidmət edir. Öyrənməni maraqlı və daha asan etmək. Bu qurup pedaqoqlar hesabına bəzi metodlar təkmilləşmək əvəzinə getdikcə tənəzzülə uğrayır. İndi isə klaster metodunun tətbiqi təcrübəsindən aşağıdakı bir neçə sualı cavablandırım və bir-neçə nümunə sizlərə təqdim edim.

-       Klaster metodundan coğrafiya dərslərində ən çox nə zaman istifadə edirəm?

1.    Şagirdlərin dünya görüşlərində kifayət qədər yer tutan və yeni keçilən mövzuların tədrisində

2.    Şagirdlər materiklər və okeanların hər birinə aid ətraflı biliklərə yiyələndikdən sonra təkrar dərslərdə

3.     Müstəsna hallarda şagirdlərin biliklərində çox az yer tutan yeni mövzuların tədrisi zamanı və s.

-          Klaster metodunda hansı üstün cəhətləri görürəm?

1.    Bilikləri dərinləşdirir.

2.    Düşünməyə sövq edir.

3.    Yaradıcı və əlaqələndirici xassələrə malikdir.

4.    Fikir mübadiləsində əhəmiyyətli rol oynayır.

-         Klaster metodunun mənfi cəhətlərini nədə görürəm?

1.    Doğru tətbiq olunmadıqda mahiyyətdən uzaqlaşma müşahidə olunur.

2.    Bəzi hallarda əsas anlayışa zidd olan fikirlər formalaşdırır.

3.    Bir-çox klaster sxemlərində mərkəzi anlayışla kənar anlayışlar arasında əlaqə tapmaq olduqca çətinləşir.

4.    Doğru tədqiqat aparılmadıqda şagirdlərin diqqətini mövzudan uzaqlaşdırır.

 

Qısa təcrübəm ərzində müəyyən etmişəm ki, Coğrafiya dərslərində klaster metodunu bütövləşdirmək və daha dərindən öyrənməni səmərələşdirmək məqsədilə klaster metodunun yarım əksi olan anlayışın çıxarılması metodu ilə tamamlamaq daha məqsədə uyğundur. Əgər eyni mövzunu və ya anlayışı bir-neçə dəfə təkrarlayırıqsa ilk öncə klaster və daha sonra anlayışın çıxarılması metodundan istifadə etmək olar.

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 47.51 Kb
Количество скачиваний: 20
Просмотров: 99

Похожие материалы