Dil dərslərində inteqrasiyanın tətbiqində IKT-dan istifadənin rolu

Предмет: История
Категория материала: Другие методич. материалы
Автор:

Təhsil sisteminin əsasını təşkil edən prinsiplərə söykənən təhsilin həyata keçirilməsində İKT-nın rolu danılmazdır. İKT təlim prosesinin səmərəliliyini artıran amillərdən biri olub ən son məlumatları orijinal mənbələrdən əldə etməyə, dərsin daha canlı və maraqlı keçməsinə şərait yaradır. İKT əsasında keçilən dərslərdə şagirdlərin də məlumat toplamaq, qrup üzvləri ilə məsləhətləşmək, əldə etdikləri nəticələri təqdim etmək üçün müxtəlif nümunələrdən istifadə etmək imkanları artır.

 

X sinifdə Azərbaycan dili fənnindən tədris olunan “Türk dilləri ailəsi” mövzusu şagird və tələbələrin çox maraqla öyrəndikləri bir mövzudur. Türk dilləri, onların tarixi, yayıldığı ərazilər, inkişafı, müasir dövrdə vəziyyəti haqqında məlumat vermək məqsədi daşıyanbu mövzu soykökünə bağlılıq, milli vətənpərvərlik, türk həmrəyliyi, tariximizlə və bu günümüzlə qürur duymaq hisslərini tərbiyə edir. Dərslikdə bu mövzu ilə bağlı qaqauz, türkmən, özbək və Türkiyə türkcəsində rəngarəng çalışmalar verilmişdir. Lakin eyni sözlərin ayrı-ayrı türk dillərində oxşar və fərqli tələffüzünü, mənalarını müəyyən etmək, bu dillər haqqında daha ətraflı məlumat toplamaq üçün şagirdlər çox həvəslə İKT-dan istifadə edirlər. Türk dilli xalqların dil xüsusiyyətlərini, mədəniyyətini, tarixini öyrənmək baxımından Türk dövlətləri və muxtar qurumları haqqında internet səhifələrində zəngin  məlumatlar verilib. Burada  türk dilli xalqların yazısı, yaşadığı coğrafi ərazilər, əhalisi, dövlət rəmzləri və s. haqqında da məlumatlar vardır. “Türk dilləri ailəsi”  mövzusu üzrə hazırladığım dərsdə İKT-dan əldə etdiyim cədvəl, xəritə, şəkil və məlumatlar dərsin daha maraqlı keçməsinə, tədris zamanı fənlərarası əlaqəni tətbiq etməyə, daha müxtəlif iş formalarından istifadə etməyə imkan verir.

 

Dərsin gedişi: Dərsi dil ailəsi haqqında məlumatla başlayıram: Dil ailəsi, bir-biri ilə eyni kökdən gələn qohum dil topluluğuna verilən bir addır. Yəni eyni dil ailəsinə mənsub olan dillər eyni kökdən, bəlkə də eyni ilk dildən  törəyiblər. İndi Yer üzündə aşağıda adları çəkilən böyük dil ailələrivardır:

  • Hind-Avropa dilləri ailəsi
  • Altay dilləri ailəsi
  • Çin-Tibet dilləri ailəsi
  • Dravid dilləri ailəsi
  • Sami-hami dilləri ailəsi
  • Avstronez dilləri ailəsi  və s.

Türk dilləri ailəsi Altay dil qrupuna daxildir.

 

  1. Motivasiya  mərhələsində türk dilli xalqların tarixi, mədəniyyəti,

alim və qəhrəmanları haqqında müxtəlif fənlərdən öyrəndiklərini xatırlatmaq məqsədi ilə şagirdlərə belə bir sualla müraciət edirəm:

- “T ü r k”  dedikdə düşündüyünüz ilk sözü  söyləyin.

(Mümkün variantlar:  Hun, Göytürk, Türkiyə, Azərbaycan, Qırğızıstan ; Türk dili, Azərbaycan dili, özbək dili; “Orxon-Yenisey”,“Dədə Qorqud”, “Manas”; Atilla, Bilgə Xaqan…, Yunus Əmrə, M.Kaşğarlı, Atatürk, H.Əliyev; aypara, ulduz, qıpçaqlar, oğuzlar…; qəhrəmanlıq, mərdlik, qonaqpərvərlik və s.). Sonra alınan cavabları qruplaşdırırıq.

 

2. Problemin qoyulması:                                                                                                                                                                                                                       

– Bir  çox dillərin yazılı tarixi çox qısa olduğu üçün dillərin bir qisminin dəqiq kökləri məlum deyil.  Ümumiyyətlə, dil ailələrinin müəyyən olunması uzun elmi tədqiqatların sonunda mümkün olur. Verilmiş diaqramda Türk dilləri ailəsinə daxil olan dillərdən bir neçəsinin adı verilmişdir. Bu dillər fonetik, qismən də leksik cəhətdən bir-birindən fərqlənir. Bəs bu dillərinin eyni dil ailəsinə daxil olduğunu, onların fonetik, leksik, qrammatik cəhətdən bir-biri ilə oxşar və fərqli cəhətlərini necə müəyyənləşdirə bilərik? Bunun üçün kiçik bir tədqiqat aparaq.           

3. Tədqiqatın təşkili mərhələsində Türk dilləri ailəsinə mənsub olan müxtəlif dillərdən nümunələr verməklə şagirdləri tədqiqata cəlb edirəm. Məqsəd, türk dillərinin bir-biri ilə fonetik, leksik, qrammatik oxşarlıqlarını və fərqli cəhətlərini aşkara çıxarmaqdır. Bunun üçün həm dərslikdəki çalışmalardan, həm də digər mənbələrdən istrifadə edirəm.

I  Oğuz  qrupu: Verilmiş sözlərə oxşarolan Azərbaycan sözləri yazın :

bozor (bazar), daryo (dərya), oçık (açıq), bıçok (bıçaq), ovçı (ovçu), çanok (çanaq), kara (qara), toş (daş), toğ (dağ), urman (orman), saroy (saray), çirok (çıraq), ok (ağ), konot (qanad), men (mən)

II Ün qrupu: Verilmiş nümunələrə uyğun gələn Azərbaycan atalar sözlərini yazın:

1      . Arpasız at koşamaz (Arpa yeməyən at yaxşı qaça bilməz).

2      . Beş parmaq düz olmaz (Beş barmağın beşi eyni deyil).

3      . Su aqduğı yere yene aqar ( Su gəldiyi yerə bir də axar).

4      . Ac tavuk kendini buğday ambarında görür (Ac toyuq yuxusunda darı görər).

III Alp qrupu: Türkməncə verilmiş bəndin Azərbaycan dili ilə oxşar və fərqli cəhətlərini göstərin:  Qoç yigidin adı çıxmaz

Dövləti, malı bolmasa.

Endişeli iş bitirmez

Meydanda Deli bolmasa.

IV Dəniz qrupu: Qaqauz dilində verilmiş bəndin Azərbaycan dili ilə oxşar və fərqli cəhətlərini göstərin:  Sansın dün qirdik yaza

Ama te birdən-birə

Avqusttan adımnadık

Yaamurlu sentəbirə.

V Səma qrupu: Azərbaycan dilində bildiyiniz şəkildə yazın.

  1. Düün kejee bis kinoteatrga turduvus – (Dünən axşam (gece) biz kinoda idik).
  2. Vírenekensem şkula kayrís – ( Şagirdlər məktəbə getdilər).
  3. Öörenikçiler surguulunga bardılar – ( Şagirdlər məktəbə getdilər).
  4. Ol şkolanı am da tospan – O, məktəbi heç bitirməyib.
  5. Nom, stoldun kırında çıdır –  Kitab masa(nın) üstündədir.
  6. Məlumat mübadiləsi mərhələsində şagirdlərdən aldığım cavabları oxuyur

və birlikdə müzakirə edirik. Sonra fikirlərimizi daha da dəqiqləşdirmək üçün cədvəllərə müraciət edirik. Cədvəllərdə türk dillərinin əksəriyyətində işlədilən mənaca eyni, lakin fonetik cəhətdən fərqli tələffüz olunan sözlərdən nümunələr verilmişdir. Türk dillərindəki leksik və qrammatik oxşarlıqları da izləməyə imkan verən bu cədvəllərin sayını artırmaq olar. Aşağıda onlardan 2 nümunə verilib.

 

 

əski türkcə Türkiye türkcəsi Azər-baycan türk-mən tatarca qazax özbək tuva ana ana ana ene ana ana ona ava burun burun burun burun borın murιn burun dumçuk qol kol qol gol qul qol qo‘l hol yol yol yol ýol yul jol yo‘l oruk topraq toprak torpaq topraq tufraq topıraq tuproq dovurak qan kan qan gan qan qan qon han kül kül kül kül köl kül kul hül sub su su suw su suw suv sug aq ak ağ ak aq aq oq ak qara kara qara gara qara qara qora kara qızıl kızıl qızıl qyzyl qızıl qızıl qizil kızıl kök gök göy gök kük kök ko‘k kök

 

QaqauzcaIraq Türkcəsi

 

Türkməncə

Özbəkcə

Uygurca

Qazaxca

Qaraçay-balkarca

Nogayca

Qaraqalpakca

Tatarca

Moldova tatarcası

Başkırtca

Qumıkca

Altayca

              Yeni yılınızı kutlerim.Y’engi iliwiz mubarak olsun.

 

Taze cılynyz gutly bolsun.

Yangi yilingiz mubоrak bo’lsin.

Yengi yılıngızğa mübare bolsun.

Janga jılıngız kuttı bolsın.

Caсı cılığız bla alğışlayma.

Yana yılınız men.

Canga cılıngız quttı bolsın.

Sezne yaсa yıl belen tebrik item.

Ceni cılınız kutlu bolsun.

Hezze yangı yıl menen kotlayım.

Yangı yılıgız kutlu bolsun.

Slerdi cangı cılla utkup turum.

 

  1. Məlumatın təşkili və nəticələrin çıxarılması mərhələsində  Türk dilləri

ailəsinə daxil olan dillərin oxşar və fərqli cəhətlərini qruplaşdırırıq:

  • Bu dillər səs xüsusiyyətlərinə görə qarşılaşdırıldığı zaman bir sıra oxşar

cəhətlər görünür. Bunlardan ən nəzərə çarpanı sait oxşarlığıdır. Söz başında l, r ve h samitlərinin işlənməməsi digər bir ortaq cəhətdir.

  • Bu qrupdakı dillərin hamısı son şəkilçili dillərdir.
  • Ön şəkilçilər (artikl) yoxdur.
  • Yeni sözlər yaradarkən və son şəkilçilər qoşularkən söz köklərində dəyişik-

lik olmur. Şəkilçiləri zəngin vəmüxtəlifdir.

  • Sifətlər, saylar isimlərdən əvvəl gəlir: yaşıl yarpaq, qəhrəman ordu.
  • Sayı məlum olan isimlərdən sonra cəm şəkilçisi işlənmir: beş qardaş, üç

kitab, min əsgər.

  • Bu dillərdə grammatik cinsiyyət yoxdur. Buna görə də cümlələrdə cinsiyyət

fərqi yaradan dəyişiklik əmələ gəlmir: müdir – müdirə, məmur – məmurə, həkim – həkimə kimi dəyişikliklər olmur.

  • Söz sırasında asılı tərəf əvvəl, əsas tərəf sonra gəlir: kitabın cildi, onun evi.

     Nəticələr çıxarıldıqdan sonra birinci diaqrama əsasən ümumiləşdirmə aparır,

bu dillərinin coğrafiyası, bu dildə danışanların təxmini sayı, yazılı abidələri haqqında qısa məlumat verirəm:

– Bütünlükdə 40 ayrı dildən ibarət olan, təxminən 190 milyon nəfərin ana dili kimi istifadə etdiyi Türk dilləri ailəsi, Altay dilləriqrupunda ən böyük dil ailəsidir, yerüzündəki bütün dil ailələri arasında yeddinci  yeri tutur. Qədim türk dili bir neçə şaxəyə bölünür: oğuz, qıpçaq, qarluq və s.Azərbaycan dili türk dilləri ailəsinin oğuz yarımqrupuna daxildir. Türk dillərinin yayılma ərazisi Şimal Buzlu Okeandan başlayıb Hindistanın şimalına, Çin Xalq Respublikasının mərkəzindən Avropanın ən uc nöqtəsinə qədər uzanır.

 

                                                   

 

Türk yazı dilinin tarixi VII və VIIIəsrlərdə Orxon vadisindətikilmiş olanyazılı abidələrlə başlayır. İstər Orxon kitabələrində istifadə olunan və işlək dil, istərsə də  qonşu ölkə qaynaqlarında yer alan məlumatlar, Türk yazı dilinin başlangıcının daha çox əvvəllərə getdiyini göstərir.

Bu dildə danışanların təxmini sayını aşağıda verilmiş cədvəldə izləmək olar.

 

Türk yazı dilinin tarixi VII və VIIIəsrlərdə Orxon vadisindətikilmiş olanyazılı abidələrlə başlayır. İstər Orxon kitabələrində istifadə olunan və işlək dil, istərsə də  qonşu ölkə qaynaqlarında yer alan məlumatlar, Türk yazı dilinin başlangıcının daha çox əvvəllərə getdiyini göstərir.

Bu dildə danışanların təxmini sayını aşağıda verilmiş cədvəldə izləmək olar.

 

 

1      Qazaxca2      Uyğurca

 

3      Türkməncə

4      Qırgızca

5      Çuvaşca

6      Başqırtca

7      Tatarca

8      Qaşkayca

 

9      AxıskaTürk

10  Qağauzca

11  Tuvaca

 

16 milyondan çox20-25 milyon :

 

8,5 milyon :

5,2 milyon :

2  milyon:

2,5 milyon :

8,8 milyon :

1,5 milyon :

 

təxmin. 900.000:

350.000 :

400.000 :

 

 

Qazaxıstan, Özbəkistan, Çin, RusiyaÇin – Sincan

 

Türkmənistan, Şimali Iran

Qırğızıstan,  Qazaxıstan, Şərqi Türküstan

Rusyanın   Avropa hissəsi

Başqırdıstan

Mərkəzi Rusiyadan Qərbi  Rusiyaya qədər

İranın  Fars, İsfahan və  Huzistan elləri

və Orta Asiya

Türkiyə, Gırğızstan, ABŞ, Rusiya

Moldova, Qağauzya,  Ukrayna,  Macarıstan,

Tuva Cümhuriyəti, Monqolustan, Şərqi

Türküstan,  Altay, Rusiya

 

 

6. Tətbiqetmə mərhələsində məşhur  “Azərbaycan” seirindən bir neçə bəndi  ayrı-ayrı türk dillərində oxudur, Türk dilli xalqların tarixi şəxsiyyətlərinin məşhur kəlamlarını xatırladıram.

 

 

Azərbaycanca –   El bilir ki, sən mənimsən,

                                     Yurdum, yuvam , məskənimsən.

                                     Anam, doğma vətənimsən!

                                     Ayrılarmı könül candan?

                                      Azərbaycan, Azərbaycan!

 

Qırğızca –    Elim bilet, men de jakşı bilemin,

Uçkam uyam, altın oçok – tünəqüm.

Sen enekem, Ata – jurtum – jürbqüm

Ölsem dağı senden kantip ayrılam

Azerbayjan,  Azerbayjan !

 

Qazaxca   –   Şirkap öter şat ənimsin

Kuttı konis, məskənim

Altın beşik otanımsın,

Sende tşp, tamır jayğam,

Əzirbayjan, Əzirbayjan!?

 

Türkməncə –  İllər bilyər – mekanım sen,

Qövün şəxrim – dükanım sen.

Doqduk depəm – bekənim sen.

Ayrılarmı bir ten, bir jan?

Azerbayjan,  Azerbayjan !?

 

Тип материала: Неизвестен (jpg)
Размер: 7.38 Mb
Количество скачиваний: 0
Просмотров: 68

Похожие материалы