“Elektroliz üçün Faradey qanunları” mövzusunun interaktiv metodla aparılması

Предмет: Физика
Категория материала: Рабочие программы
Автор:

Dərsin gedişi

 

1. Sinfin təşkili

Sinfi təşkil edib, şagirdləri qruplara bölür,9-cu sinfin fizika dərsliyi, sabit cərəyan mənbəyi, sürgülü reostat, mis voltametr, ampermetr, tərəzi, çəki daşları, açar, göydaş məhlulu və dövrə qurmaq üçün məftillər,işçi vərəqi-vatman kağızı qruplara paylanır.

2. Motivasiyanın yaradılması və problemin qoyuluşu.

Bu məqsədlə müəllim şagirdlərə aşağıdakı sualla müraciət edir.

Müəllim: Faradey qanunlarının tətbiqinə məişətdə harada rast gələ bilərik ?

         Lövhədə yazılmış mövzuya şagirdlər öz münasibətlərini bildirirlər. İrəli sürülmüş fərziyyələr tədqiqat suallarının seçilməsinə imkan yaradır.

Tədqiqat sualları:

- Elektroliz üçün hansı qanunlar mövcuddur?

- Elektroliz nəyə deyilir?

- Fardeyin I və II qanunlarının ifadəsi necədir?

- Fardey ədədi necə təyin edilir?

- Fardey qanunlarının hansı tətbiq sahələri vardır?

- Fardey qanununun tibbdə hansı tətbiq sahəsi vardır?

- Qalvanoplastika nədir?

- Qalavanostegiya nədir?

         Gəlin birlikdə tədqiqat aparaq. Bu suallara cavab verməyə çalışaq. Bu məqsədlə tədqiqat işini kiçik qruplarda davam etdirək.

 

 

3. Tədqiqatın təşkili.

         Qruplara verilmiş cihaz və vasitələrdən istifadə edib tədqiqat aparılır.

4. İnformasiya mübadiləsi.

         Hər qrupdan öz işinin nəticələrini təqdim edilməsi xahiş edilir. Təcrübədən alınan nəticələri iş vərəqlərində yazıb lövhədən asılmaqla təqdimat başlanır. Təqdimatı digər qruplar dinləyir, lazım gəldikdə əlavə suallar verilir. Müəllim tərəfindən ümumiləşdirmə aparılır və meyarlar müəyyən edilir.

5. İnformasiya müzakirəsi.

         Mübadilə zamanı müəyyən edilmiş meyarlar əsasında müzakirə davam etdirilir.

S: Elektrolit nədir?

C: Elektrik cərəyanı keçirən duz, turşu və qələvi məhlulları elektrolit adlanır.

S: Elektrolitik dissosiasiya nəyə deyilir?

C: Suda neytral molekulların parçalanması zamanı müsbət və mənfi ionların əmələ gəlməsi prosesinə elektrolitik dissosiasiya deyilir.

S: Faradeyin I qanununda nə deyilir və riyazi ifadəsi necədir?

C: Elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən elektrik yükünün miqdarı ilə düz mütənasibdir. Riyazi ifadəsi m = k q

S: Faradeyin II qanununda nə deyilir və riyazi ifadəsi necədir?

C: Maddənin elektrokimyəvi ekvivalenti (k) onun kimyəvi ekvivalenti () ilə düz mütənasibdir.

S: Faradey qanunlarının hansı tətbiq sahələri vardır?

C: Faradey qanunları və elektrolizdən texnikada,hətta tibbdə geniş tətbiq sahələri var. Məsələn, elektroliz üsulu ilə bir metalın səthi başqa metalın nazik təbəqəsi ilə örtülür, metal pulun surətinin alınmasında.

S: Faradey qanununun tibbdə hansı tətbiq sahəsi vardır?

C: Bir çox hallarda orqanizmə sabit cərəyan vasitəsi ilə dərman maddələri verilir. Bu kimi proseduralar tibbdə ionoqalvanizasiya adlanır. İonoqalvanizasiya üsulu ilə orqanizmə daxil olan maddənin miqdarı Faradeyin I qanunu ( m=kİt) ilə təyin edilir.

S: Qalvanoplastika nədir?

C: Metal pulun surətinin alınmasına qalvanoplastika deyilir.

S: Qalvanostegiya nədir?

C: Elektroliz vasitəsi ilə korroziyaya davamlı metal təbəqəsinin çəkilməsi qalvanostegiya deyilir.

6. Ümumiləşdirmə və nəticə.

         Müzakirə zamanı şagirdlərin fikirləri ümumiləşdirilir. Nəticədə, məişət və texnikada tətbiqləri və praktik əhəmiyyətinin müəyyənləşdirilməsi evə tapşırılır.

7. Yaradıcı tətbiq etmə.

         Yaradıcı tətbiq etmə məqsədilə “Elektroliz üçün Faradey qanunları” na dair məsələ həll edilir. İşi icra edib  hesablama cədvəllərini yenidən doldurmaq üçün beş dəqiqəlik laboratoriya işi icra edilməsi tapşırığı verilir.

 

 

 

 

8. Özünü qiymətləndirmə, qiymətləndirmə və refleksiya.

Yekunlaşdırmaq məqsədilə sinfə aşağıdakı suallar verilir.

-         Yoldaşınızın çıxışlarında sizin ən çox xoşunuza nə gəldi?

-         Bunlardan nəyi gələcəkdə necə istifadə etmək istərdiniz?

-         Bunlardan nəyi başqa cür edərdiniz?

 

Sonra şagirdlər yoldaşlarının fəaliyyətini qiymətləndirirlər. Əvvəlcə əla, sonra yaxşı, daha sonra kafi və pis fəaliyyət göstərən şagirdləri qeyd edirlər. Nəhayət müəllim elan edilmiş qiymətlərə öz münasibətini bildirir və yekun qiyməti elan edir.

Тип материала: Документ Microsoft Word (doc)
Размер: 30.5 Kb
Количество скачиваний: 30
Просмотров: 132

Похожие материалы