Fiziki kemiyyetler ve vahidler

Предмет: Физика
Категория материала: Тесты
Автор:

İsaak Nyuton 4 yanvar 1643-cü ildə İngiltərənin Qrentem şəhərciyinin yaxınlığındakı Vulstorp kəndində fermer ailəsində dünyaya gəlmişdi. Uşaq doğulandan üç ay qabaq atası İsaak Nyuton vəfat etdiyindən onun yetimçilik dövrü başlamışdı. Ata Nyuton haqqında çox az məlumat var. Deyilənlərə görə o, bədəncə zəif, adamayovuşmaz imiş. Belə bir adamın oğlunun gələcəkdə dünyanın ən böyük alimi olacağına inam bəsləmək mümkünsüz idi. Anası Anna isə bir o qədər savadlı olmasa da ərinə nisbətən elmli adam təsir bağışlayırdı. Çətinliklə olsa da yaza və mətn oxuya bilirdi. Ata İsaak Nyuton isə heç adını da yaza bilmirdi. Annanın qardaşı Vilyam Kembric Universitetində magistr dərəcəsi almışdı və təzə doğulmuş bacısı oğlunun Nyutonlar ailəsinin digər üzvləri kimi savadsız qalmasını heç ağlına belə gətirmirdi. O, Nyutonun ibtidai təhsil alacağına inam bəsləyirdi.

Nyuton dünyaya göz açdığı gündən bəxti gətirmədi. Vaxtından qabaq doğulduğu üçün elə kiçik və zəif idi ki, onu dəri əlcəkdə saxlayır və böyük pivə parçında çimizdirirdilər. Qohumlarına elə gəlirdi ki, bu körpədən adam olmayacaq. Hətta bir dəfə mizin üstünə qoyulmuş dəri əlcəyin içindən sürüşüb yerə düşmüş və başı döşəməyə dəymişdi. Amma gözləndiyindən fərqli olaraq körpə ölməmiş və tədricən böyüməyə başlamışdı.

Anası ikinci dəfə bir kilsə xadiminə ərə getdiyindən körpəni nənəsinin himayəsinə vermişdi. Uşaq çox qorxaq böyüyürdü, digər uşaqların səsli-küylü oyunlarına qoşulmurdu. Bunun bir səbəi də uşaqların onu sevməmələri idi. Ona görə ki, o, fərasət tələb edən bütün oyunlardan qalib çıxırdı. İsaak fiziki yarışlarda yaşıdlarından geri qalacağını bilsə də bu yarışlara qoşulmaqdan çəkinmirdi. Bir dəfə güclü külək əsən zaman uşaqların uzununa tullanmaq yarışları keçirilirdi. Nyutona elə gəldi ki, əgər küləyin ən maksimal qüvvə ilə əsməsi anında tullana bilsə yarışı asanlıqla uda bilər. Belə də oldu. Uşaqlar Nyutonun Bibliyanı daim oxumasına da həsəd aparırdılar.

Nyuton 12 yaşında olanda onu Qrentem şəhərciyindəki ictimai məktəbə qoydular. O,məktəb fənlərini öyrənməkdə çox çətinlik çəkirdi.Diqqətini heç cür cəmləşdirə bilmirdi, həm də son dərəcə tənbəl idi. Hamıdan pis oxuyurdu.Dərslərdə uğur siyahısında adı siniflərindəki başdanxarab şagirdin adından irəlidə yazılmışdı. Başına gətirilən bir hadisə onun dərslərə münasibətini kökündən dəyişmək üçün bəhanə oldu. Nyutondan yaxşı oxuyan və fiziki cəhətdən də ondan güclü olan məktəblilərdən biri İsaakıın qarnına güclü zərbə endirdi. Nyuton həmin məktəbli ilə dalaşmağa özündə qüvvə tapmadığı üçün geri çəkildi. Uşaq necə qisas almaq barədə düşünməyə başladı və belə qrara gəldi ki, ən yaxşı qisas hamıdan yaxşı oxumaqdır. O, gecəsini gündüzünə qatıb bütün fənləri dərindən öyrənməklə siniflərində birinci şagird səviyyəsinə yüksəldi. Nyutonun sinif yoldaşları onun dərsdəki müvəffəqiyyətlərindən daha çox müxtəlif oyuncaqlar düzəltmə qabiliyyətinə paxıllıq edirdilər. Onun düzəltdiyi miniatür yel dəyirmanı təkcə uşaqları deyil, böyükləri də heyrətə gətirirdi. Külək əsəndə dəyirmanda hətta bir ovuc buğda da üyütmək mümkün idi. Küləksiz havada dəyirmanı canlı "dəyirmançı" hərəkətə gətirirdi. Dəyirmançının işini siçan görürdü. Siçanı dəyirman çarxının üstünə çıxmağa məcbur etməkdən ötrü İsaak çarxın üzərində kiçik buğda torbası asmışdı. Nyuton on dörd yaşında olanda su saatı və pedalla hərəkətə gətirilən araba ixtira etmişdi. Saat çox dəqiq işlədiyi üçün ev adamları günün vaxtını bu saata baxıb öyrənirdilər. İsaak axşamlar göyə çərpələng buraxırdı. Çərpələngin qıraqlarına sarı işıq saçan fonarlar bərkidirdi.

Nyutonun 15 yaşı olanda ikinci dəfə dul qalmış anası keşişdən olan üç uşağı ilə yenidən evə qayıtmışdı. Dul qadın fermanın işlərini qaydaya salmaq üçün İsaakı məktəbdən çıxarmağa qərar vermişdi. Nyutonu təsərrüfat işlərinə alışdırmaq üçün hər şənbə günü onu yaşlı nökəri ilə bazara alış-verişə göndərirdi. Nyuton isə anasının bütün tapşırıqlarını nökərə həvalə edərək ya çardağa qalxır, ya da bir ağac kölgəsində oturaraq xəyala dalır, çox zaman da kitab oxuyurdu. Kembric Universitetində təhsil almış dayısı onun bir kənara çəkilib kitablar arasında nəsə yazıb-pozduğunu görmüşdü. Məlum olmuşdu ki, İsaak böyük maraqla riyazi məsələlərin həlli ilə məşğuldur. O, dərhal uşağın anasının yanına gedib oğlunun təhsilini davam etdirməsinə əngəl törətməməsini və Kembric Triniti-kollecinə daxil olmaqdan ötrü hazırlaşmasına şərait yaratmasını istəmişdi.

Məktəbi 18 yaşında bitirən Nyuton anasının razılığını alandan sonra Kembricə gedərək o dövrün ən yaxşı universitetlərindən birinə daxil olmuşdu. Triniti kollec o zamankı İngiltərə cəmiyyətinin dəqiq mikrokopiyası idi. Orada kurslar və fakultələrdən savayı, sinif pillələri də vardı. Gələcəyin böyük alimi ən aşağı pillədə qərar tutdu. Bu pillədə oxuyan tələbələri subsayzerlər adlandırırdılar. Bu tələbələr oxumaq haqqı ödəmirdilər. Bunun əvəzində dövlətli tələbələrə—kommonerlərə və pensionerlərə xidmət etməli idilər. Dövlətli tələbələr arasında qürrələnərək "Mənim çəkmələrimi şəxsən Nyuton özü təmizləmişdir" deyənlər də tapılmışdı. Universitetdə siqar çəkmək, spirtli içkilər içmək, xanımlar əhatəsində olmaq yüksək qimətləndirilirdi. Bu mühitdə kimə lazım idi Nyutonun xariqələr yarada bilən zəkası, onun hazırladığı günəş və su saatları, kölgəyə baxmaqla ilin fəslini və həftənin gününü təyin edə bilmək qabiliyyəti? Onun talantına diqqət yetirən yox idi. Lakin Nyuton özünün parlaq gələcəyini zəhmətdə görürdü. O, təqaüd almaqdan ötrü yuxarı kursların tələbələri sırasına (onlara skoler deyirdilər) qatılmaq arzusu ilə yaşayırdı. "Skolerlər" sırasına seçkilər dörd ildən bir keçirilirdi. Axır ki, arzusuna çatdı. 28 aprel 1664-cü ildə skoler seçilən Nüuton ilk dəfə olaraq stipendiya almağa başladı. Onun subsayzer olmaq rüsvayçılığı sona yetdi. Biliklərə dərindən yiyələnmək arzusu onun həyat kredosuna çevrildi. Nyutonun riyaziyyata məhəbbəti daha da artdı. Bir ildən sonra — 1665-ci ildə bakalavr adı aldı. Nyutonun elmi nailiyyətlərinə yardımçı olan professor İsaak Barrou tələbələr qarşısında çıxışlarının birində İsaakı "Böyük bilik sahibi" adlandırdı.

Nyuton altı ildə kollecin bütün pillələrini başa çatdırdı. 1665-ci ildə İngiltərədə taun xəstəliyi tüğyan edən zaman Nyuton müvəqqəti olaraq öz kəndlərində yaşamağa qərar verdi. Ata yurdunda il yarım yaşadığı dövrdə riyaziyyatı müstəqil öyrənmək istəyini reallaşdırdı, eyni zamanda optika ilə də ciddi məşğul olmağa başladı. Bu sahədə apardığı tədqiqatlarından məqsəd işığın fiziki təbiətini anlamaq idi və istəyinə nail oldu — spektrin sirrini öyrəndi. Əyri xətt qövsləri cəminin hesablanması prosesi—inteqral və differensial hesablamalarında tətbiq olunan metod planetlərin orbitləri üzrə hərəkətinin öyrənilməsinin əsasını qoymağa imkan verdi. Planetlərə təsir qüvvələrinin öyrənilməsi Nyutonun sonralar ümumdünya cazibə qanunlarını kəşf etməsinə şərait yaratdı.

Adamların pərən-pərən düşməsinə səbəb olmuş taun bir qədər səngiyən kimi universitet 1667-ci ildə fəaliyyətini davam etdirməyə başladı. 1668-ci ildə Kembricə qayıdan Nyutona Triniti kollecin elmi cəmiyyətinin üzvü adı verildi. O, eyni zamanda magistr adı aldı və ömrünün axırınadək universitetdə dərs demək hüququ qazandı. Nyuton 1669-cu ildə riyaziyyat müəllimi oldu və beləliklə elmi kəşflər zirvəsinə qalxmağa başladı. Müəllimi İsaak Barrou sevimli tələbəsinin maddi vəziyyətinin qismən də olsa yaxşılaşdırılması naminə özünün rəhbərlik etdiyi riyaziyyat kafedrasını Nyutona verdi.

 

Nyutonunmaraqları çoxmüxtəlifidi.O, metallarınqızılaçevrilməsindənbəhsedənəlkimyailədəçoxmaraqlanırdı. Hələ 4-cü əsrdəyaşamışəlkimyaçılarmöhkəminanırdılarki, metallarcivəvəkükürdünmüxtəlifnisbətdəbirləşmələrindənibarətdir.Əgərhərhansıbirmetalda, məsələnqurğuşundacivəvəkükürdünnisbətidəyişdirilsə, qurğuşunuqızılaçevirməkolar.Nyutonun ilk eksperimentlərieksiralınmasınayönəlmişdi.Əlkimyaçılarınfikrincə, iksirmetallarıyuxarıdadeyilənqaydadaqızılaçevirməküçünkatalizatorroluoynamalıdır.Nyutonbirsürmə (stibium) növüalmağamüvəffəqolmuşdu.Bu materialdanteleskopgüzgüsühazırlamaqmümkünidi.İşıqnəzəriyyəsi, Ümumdünyacazibəqanunu , riyaziyyatsahəsindəkəşfləriiləməşhuraliminəlkimyasahəsindədəkəşflərionunelmiböyüklüyünədəlalətedirdi.

MetallarınxassələriniyaxşıöyrənmişolanNyutonu 1695-ci ildə İngiltərə Zərbxansınanəzarətçiqoydular.İngiltərəninbütün metal pullarınınyenidənzərbolunmasıişinərəhbərliketməkonatapşırıldı. O, İngiltərəninpozulmuşzərbxanaişiniqaydayasalabildi. Onagörədə 1699-cu ildə İngiltərəZərbxanasınınömürlükolaraqyüksəkmaaşlıdirektoruadınıaldı.

Nyutonözününböyükölçülü, yüksəkkeyfiyyətliikincigüzgülütelekospunumüasirləriqarşısındanümayişetdirməkləonlarınheyranlığınasəbəbolmuşdu. Bu hadisədənazsonraNyuton London KralCəmiyyətinin — İngiltərəElmlərAkademiyasınınüzvüseçilmişdi. AkademiyanınsüqutayaxınlaşmasıtəhlükəsiiləüzləşənCəmiyyətüzvləriancaqNyutonunbuali elm ocağınırüsvayçılıqdanqurtarmaqiqtidarındaolacağıqənaətinəgəlmişdilər. Nyuton 1703-cü ildə London KralCəmiyyətininprezidentiseçilmişdi.İsaakNyutoncəmiyyətüzvləriningünləriniəsasənlaqqırtıvurmaqlakeçirməmələriüçün "KralCəmiyyətiningücləndirilməsisxemi"niişləyibhazırlamışdı. Buradacəmiyyətdəhansıdiskussiyalarınaparılmasıbarədədəqiqgöstərişlərvaridi.

O, cəmiyyətüzvlərinəözəliiləhazırladığıcihazlar da gətirirvəonlarıhəmincihazlarınişprinsipiilətanışedirdi.

 

 

Nyuton iki dəfə parlament üzvü seçilmişdi. O, parlamentiniclaslarındalal-dinməzotururdu. Yalnızbirdəfədanışmışdı — "pəncərəninnəfəsliyiniörtün" — demişdi.İngiltərəkraliçası Anna Nyutonazadəganlıqrütbəsiverdikdənsonraona "serNyuton" deyirdilər.Nyutonçoxtəvazökaradamidi. O, özühaqqındabelədeyirdi: "Mənəeləgəlirki, dənizsahilindəoynayan, hərdənbir al-əlvandaş,yaxudqırmızıbalıqqulağıtapanbiruşağam, halbukiqarşımdakı elm dəryasıtədqiqolunmamışqalmaqdadır". Nyutononu da deyirdiki, "Bilik real vəyenilməzqüvvədir.Məhzbiliksərvətvəkapitaldır.Böyükyaradanbiliyiseçməadamlaraverir".

Nyutonbütüninsanikeyfiyyətləriözündəbirləşdirmişdi.GülərüzNyuton ,həmdəxoşxasiyyətli, möhkəmbədənli, gursaçlıadamidi. Səksənbeşyaşıolanda da dişləricağbacağqalmışdı. O, tibbədairkitablarıoxumaqdanyorulmurdu, anatomiyavəfiziologiyanı, müxtəlifmüalicəmetodlarınıyaxşıbilirdi. Şeytanəməllərinəuymamağa, məsələniçkiiçməməyə , kart oynamamağaçalışırdı. Özünün normal həyattərzinəuyğyngəlməyənhərəkətlərəyolverəndəcibdəftərindəqeydləredir, öz-özünüdanlayırdı.ƏdəbiyyatdaNyutonunhuşsuzadamolmasıbarədərəvayətlər var. O, birdəfəevdəngedərkənqapıyabirelanvurmuşdu: "SerNyutonevdəyoxdur". Evəqayıdanzamanqapıdahəminelanıgörənkimigeriqayıtmışdı.Birdəfədəevinəçağırdığıyoldaşlarınıqonaqetməküçünçaxırdalıncagedibgeriqayıtmamışdı.Səbəbihansısabirelmiməsələninhəllininbaşınıqatmasıolmuşdu.BeləhallardayaxınadamlarıNyutondanincimirdilər, bilirdilərki, aliminbeləhərəkətietinasızlıqyox, elmidüşüncələrədalmağınnəticəsidir.Nyutonhərbirelminəzəriyyəsiniərsəyəgətirəndənsonra, özündənsəviyyəcəçoxaşağı "alimlərin" dəhücumlarınaməruzqalırdı.BeləhallardanzinharagələnNyutondeyirdiki, yersiztənqidəməruzqalmaqdanvəməsələnindüzgünhəllinibaşasalmaqdansaelmiaxtarışlarabirdəfəlik son qoymaqdahayaxşıdır.Eləbirvaxtgəldiki, Nyutonun "opponentləri" dünyalarınıdəyişdilər.Bundansonraeləbilki, həyatonunüzünəgüldü.Onunqaradinməzliyinə son qoyuldu, qohum-əqrabasınınməclislərindəiştiraketməyəbaşladı.

Məclislərəgələndədiqqəticəlbetməyənyerdəəyləşirdiki, onadiqqətyetirməsinlər.Acıtaleliadamlarınrəvayətlərinidinləyəndədə, həttagözyaşlarıaxıdırdı.Ondanbusentimentallığınınsəbəbinisoruşandadeyirdiki, "əgərağlamaqlazımolmasaydı, böyük Allah adamlaragözyaşıvəziləriverməzdi".

İsaakNyuton 1727-ci ildəvəfatetmiş, İngiltərəkrallarının, dövlətxadimlərinindəfnolunduğuVestminsterabbatlığındaböyükşərafətlətorpağatapşırılmışdı.Onaqoyulmuşqəbirüstüabidədəyazılmışdı: "SerİsaakNyutonburadadəfnolunmuşdur. O, səmacisimlərini, kometlərinhərəkətyollarını, dənizqabarmalarını, işığıntəbiətini, rənglərinxassələrinitədqiqetmişdir. O, özfəlsəfəsiiləBöyükAllahınəzəmətinisübutayetirmişdir. Eyadamlar, sevininki, dünyadabəşəriyyətinbeləbirböyüknümayəndəsiyaşamışdır".

Elmi işləri[redaktə]

 

 

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 53.93 Kb
Количество скачиваний: 18
Просмотров: 131

Похожие материалы