IDMAN DUNYASINDA MARAQLI FAKTLAR

Предмет: Физкультура
Категория материала: Конспекты
Автор:

Yol qəzası törədən "Neftçi" futbol klubunun oyunçusu Araz Abdullayev

"Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev martın 28-də komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib


 

Almaniyanın keçmiş Olimpiya idmançısı gimnast Yurqen Brümmer faciəsi ilə hamını şoka salıb. 

Əvvəlcə 2012-ci ilin fevral ayında qəza nəticəsində iflic qalan oğlunu öldürən Brümmer daha sonra Ştutqart yaxınlığındakı 55 metr hündürlüyü olan Korş körpüsündən özünü ataraq intihar edib.

Həyat yoldaşı həmin gecə 15 yaşlı oğlu Saymonu yatağında ölü olaraq aşkar etdiyini, bir də Yurgen tərəfindən yazılmış intihar məktubu tapdığını bidirib. Polislər keçmiş idmançının oğlunu öldürdükdən sonra intihar qərarı verdiyini açıqlayıb.İdmançının oğluna baxmaqdan, fiziki və psixoloji yükünü daşımaqdan yorularaq belə hərəkət edə biləcəyi güman edilir. Brümmer ölkəsində 9 dəfə çempionluq titulu qazanıb və 1988-ci il Seul Olimpiadasında da iştirak edib.Qeyd edək ki, Brümmer idmandan uzaqlaşdıqdan sonra insanlara kömək olmaq üçün Ştutqartdaa açdığı klinikada fizoterapist olaraq çalışıb

Rappler-in verdiyi məlumata görə, filippinli konki sürən Maykl Kristian Martines Soçidə keçirilən Olimpiada oyunlarında iştirak etmək üçün anasının evini girov qoyub. İdmançı yalnız bu üsulla yarışa hazırlaşmaq üçün pul tapa bilib. Qeyd edək ki, Maykl Martines ölkəni Olimpiadada təmsil edən yeganə idmançıdır.

İdmançının anası Mariya Tereza kömək üçün Filippin prezidentinə müraciət etsə də, onun müraciəti cavabsız qalıb. Qadın demişdir: “Mən düşünmürəm ki, prezident və onun ətrafında olan kimsə filippinli idmançını tanıyır”.

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 178.73 Kb
Количество скачиваний: 4
Просмотров: 91

Похожие материалы