Skayner proqraminin oyredilmesi. baxis

Предмет: Информатика
Категория материала: Конспекты
Автор:

 

 

 

Screenr : Kompüter ekranından köçürmə servisi

 

Screenr  servisinin köməkliyi ilə siz tez və asan skrinkast yarada bilərsiniz (kompüterin ekranından köçürmə). Bu o deməkdir ki, artıq siz  şəxsi video dərslərinizi yaratmaq imkanına malik olursunuz.

Bu servisin əsas tətbiq sahəsi  Twitter üçün skrinkastların yaradılmasıdır (mikro-bloqların yaradılması servisi). Ancaq buradan köçürülən video faylı siz asanlıqla YouTube-da yerləşdirə bilərsiniz və yaxud da öz kompüterinizdə yaddaşa verə bilərsiniz, həmçinin də şəxsi bloqunuzda saxlaya bilərsiniz.

Screenr servisindən kompüterin ekranından köçürmək üçün istifadə edərkən ən vacib məsələrdən biri sizin Twitter-də hesabınızın olmasıdır. Əgər Sizin artıq Twitter-də hesabınız varsa, onda   "Sign in with Twitter"  bölməsini vurun və o servisə daxil olun. İndi isə ekrandan köçürməyə keçə bilərsiniz. Bunun üçün: 

İlk növbədə http://www.screenr.com saytına daxil olursunuz:

 

  1.  "Record your screencast now" düyməsini vurun

     

     

  2. Yeni açılmış pəncərədə  çərçivə görünəcək ki, bu da köçürülmə sərhəddini göstərən ekrandır. Çərçivənin ölçülərini dəyişmək mümkündür.

     

     

  3. Köçürmə üçün  qırmızı yumru düyməni vurmaq lazımdır. Köçürmə bir neçə saniyədən sonra başlayacaq. Video çarxın maksimum müddəti 5 dəqiqədir.

     

     

  4. Köçürməni bitirmək üçün  yaşıl rəngli "Done"dütməsini vurmaq lazımdır.

     

     

  5. İndi isə siz çəkdiyiniz videoya baxa bilərsiniz. “Describe your screencast” –ı vurub  çəkdiyiniz videoya izahat da yaza bilərsiniz. Sonra isə "Tweet it" düyməsini vurub, Twitter-də yayımlaya bilərsiniz. Əgər siz Tweet –də yayımlamayıb videonuzu yalnız nəşr etmək istəyirsinizsə onda "Don't tweet this screencast. I will tweet it through Twitter manually" –nun yanında işarə qoyun və "Post it" düyməsini vurun.

     

     

  6. İndi isə siz artıq öz videonuza (URL) keçidi qoyaraq, onu öz komputerinizdə saxlaya (Download the .mp4 file)və həmçinin bloqunuza (Embded)   yerləşdirə bilərsiniz. İstəsəniz YouTube (Publish to YouTube) da yerləşdirə və ya silə (Delete this screencast) də bilərsiniz.

     

     

    Pedaqoji imkanları: Skreenr servisindən təhsil prosesinin gedişi zamanı çox rahat istifadə etmək olar. Pulsuz servis bütün təbəqədən olan məktəblilər üçün münasibdir. Təhsil müəssisələrində müəllimlər tapşırıqlarını şagirdlərə canlı olaraq yaratdıqları video görüntü vasitəsilə ötürə bilərlər. Bu cür servisdən həm müəllimlər, həm şagirdlər, həm də tələbələr böyük məmnuniyyətlə istifadə edərlər. Çünki bu servisin köməkliyi ilə hazırlanan tapşırıqlar dərslərin keçirilməsini daha maraqlı və interaktiv edir.  Bu servisdən təlimi distant apararkən istifadə edilməsi daha uyğundur.

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 426.34 Kb
Количество скачиваний: 9
Просмотров: 88

Похожие материалы