Üçbucağın növləri haqqında məlumat

Предмет: Начальные классы
Категория материала: Конспекты
Автор:

Üçbucağın növləri


İtibucaqlı üçbucaq


Korbucaqlı üçbucaq


Düzbucaqlı üçbucaq


Tərəfləri müxtəlif olan


Bərabəryanlı üçbucaq


Bərabərtərəfli üçbucaq

  •  bucaqları iti bucaq (90°-dən kiçik) olan üçbucağa itibucaqlı üçbucaq deyilir.
  • Bir bucağı düz bucaq (90°-yə bərabər) olan üçbucağa düzbucaqlı üçbucaq deyilir. Ücbucağın yalnız bir bucağı düz bucaq ola bilər.
  • Bir bucağı kor bucaq (90°-dən böyük) olan üçbucağa korbucaqlı üçbucaq deyilir. Ücbucağın yalnız bir bucağı kor bucaq ola bilər.
  • İki tərəfi bərabər olan üçbucağa bərabəryanlı üçbucaq deyilir.
  • Tərəflərinin üçü də bərabər olan üçbucağa bərabərtərəfli  üçbucaq deyilir.

Üçbucaqla bağlı parça və çevrələr

Üçbucağın bütün tərəflərinə toxunan çevrəyə onun daxilinə çəkilmiş çevrə deyilir. Üçbucağın daxilinə çəkilmiş çevrə var və yeganədir. Üçbucağın hər üç təpəsindən keçən çevrəyə onun xaricinə çəkilmiş çevrə deyilir. Üçbucağın xaricinə çəkilmiş çevrə var və yeganədir. Üçbucağın verilmiş təpəsini qarşı tərəfin ortası ilə birləşdirən parça üçbucağın medianı adlanır. Üçbucağın hər üç medianı bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən hesablanmaqla 1:2 nisbətində bölünür. Kəsişmə nöqtəsi üçbucağın ağırlıq mərkəzi adlanır. Üçbucağın təpəsindən qarşı tərəfə, yaxud onun uzantısına çəkilmiş perpendikulyar üçbucağın hündürlüyü adlanır. Ücbucağın üç hündürlüyü bir nöqtədə kəsişir. Üçbucağın verilmiş təpəsini qarşı tərəflə birləşdirən və təpədəki bucağı yarıya bölən parçaya üçbucağın tənböləni deyilir. Üçbucağın tənbölənləri bir nöqtədə kəsişir və həmin nöqtə daxilə çəkilmiş çevrənin mərkəzidir. Üçbucağın iki tərəfinin ortasını birləşdirən parçaya üçbucağın orta xətti deyilir. Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, median və tənbölən üst-üstə düşür. Bunu tərsi də doğrudur: Əgər tənbölən, hündürlük və median üst-üstə düşərsə, onda üçbucaq bərabəryanlıdır. Tərəfləri müxtəlif olan üçbucağın bir təpəsindən çəkilmiş tənbölən həmin təpədən çəkilmiş median və hündürlük arasında yerləşir. Üçbucağın tərəflərinin orta perpendikulyarları da bir nöqtədə kəsişir və həmin nöqtə xaricə çəkilmiş çevrənin mərkəzi ilə üst-üstə düşür.

 

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 34.58 Kb
Количество скачиваний: 38
Просмотров: 188

Похожие материалы