Диана Пуатье (внеклас. чтение)
Предмет: | Иностранные языки |
---|---|
Категория материала: | Другие методич. материалы |
Автор: |
Agayarova Seadet Ebdulhuseyn
|
II Henrixin hakimiyyəti Diana Puatyenin hökmranlığı ilə xatırlanır. 3 sentyabr 1499-cu ildə anadan olmuş Diana 13 yaşında qraf Molevriyə ərə getmiş, 1531 – ci ildə isə artıq dul qalmışdır. Onun atası, Fransiskə qarşı sui-qəsddə iştirakına görə ölümə məhkum olunmuşdur. Diana krala müraciət etmiş və hökmün ləğvinə nail olmuşdur. O, bu mərhəmətə yalnız nigahına sadiqliyinə görə nail olmuşdur.
Fransiskin ikinci oğlu – Hersoq Henrix Orleanski təbiətinə görə zəif və kövrək idi. Gəncliyi kədərli keçmişdir. Pavi döyüşündən sonra atası əsir götürüldüyü zaman o, qardaşı ilə birlikdə 4 il monastırda əsir qismində qalmalı olmuşdu. Parijə qayitdıqda o, burada hökm sürən dəbdəbəyə valeh olaraq, özü özünə himayədar axtarmağa başladı. Tezliklə Diana Puatyenin simasında bu himayədar tapıldı… Şahzadə özü ona yaxınlaşmağı düşünmürdü, xüsusən ona görə ki, onu ağıl və ləyaqət mücəssəməsi hesab edirdi, lakin Diana onun üzərində necə nüfuza malik olduğunu həmin an başa düşdü. O, şahzadədən çox – tam 18 yaş böyük idi, lakin gözəlliyi bu çatışmazlığı aradan qaldırırdı. Tezliklə kralın böyük oğlu öldü və Henrix vəliəhd oldu.
Тип материала: | Документ Microsoft Word (docx) |
---|---|
Размер: | 13.08 Kb |
Количество скачиваний: | 7 |