Hərf, rəqəm, heca, azərbaycan

Предмет: Начальные классы
Категория материала: Презентации
Автор:

Bununla belə o bu layihələri ictimai arenaya gətirdi və bəzi alimlər bu barədə müzakirəyə başladılar. 1886-cı ildə Axundovun ölümündən 7 il sonra "Qafqaz" qəzetində Mirzə Əliməhəmmədin ərəb yazısının dəyişdirilməsi barəsinədə məqaləsi dərc edildi. 1898-ci ildə mətbuatda Firudin bəy Köçərli tərəfindən yazılmış "Ərəb əlifbası və onun çatışmazlıqları" adlı məqalə işıq üzü gördü.

"Molla Nəsrəddin" (1906-1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə bağlı fikirlərini belə bildirdi: "Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir".

XX əsrin əvvəllərində hökumətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da ərəb yazısını tənqid etdi. N.Nərimanov həll yolunu kiril əlifbasının qəbulunda görürdü. O özü bu dəyişilmiş yazı ilə bir neçə əsərini yazmış, Azərbaycan fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirmişdir.

Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçdi. Əvvəllər hər iki əlifba istifadə olunurdu. 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. İri kitab yandırma kampaniyası da bu yazını yaddan çıxartmaq məqsədi güdürdü.

Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən 5-il sonra Türkiyə də bu əlifbaya keçdi. Lakin 10 il sonra Stalin türklərin bu addımına qarşı kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi.

Тип материала: Презентация Power Point (pptx)
Размер: 108.23 Kb
Количество скачиваний: 6
Просмотров: 95

Похожие материалы