Kutle movzusunda aciq ders icmali

Предмет: Физика
Категория материала: Презентации
Автор:

Standart:

2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.

2.2.2. Təbiət qüvvələrinə aid məsələlər qurur və həll edir.

Məqsəd:

Kütlə anlayışının əsas mahiyyətinin izah edir.

Kütlə anlayışına aid verilmiş sadə məsələləri həll edir.

İş forması: Kollektiv və qruplarla iş

İş üsulu: Beyin həmləsi, müzakirə.

İnteqrasiya: Riy - 2.3.1 Ədədlər və ya əşyalar ardıcıllığında sadə qanunauyğunluqları müəyyən edir.

 

Resurs: Tərəzi, çəki daşı, kütlə etalonu, rəngli kağızlar, iş vərəqləri.

Şagirdlərə aşağıdakı şəkillər nümayiş etdirilir. Şəkildə göstərilən cisimləri müqayisə etmək üçün suallar verilir. Suallar əsasında cisimlər arasındakı fərqlər müəyyənləşdirilir. Onlar arasında forma, rəng, ölçü kimi fərqlərin olması aydınlaşır. Sadalanan fərziyyələr içərisində kütlə fərqinin olması versiyası üzərində dayanılır. Ümumiləşdirilən fikirlərdən mövzumuzun “Kütlə” olması yəqinləşir. Şagirdlərə kütlə haqqında ilkin məlumatlar verilir. Sonra diqqət tədqiqat sualına yönəldilir.

                                                                     

Tədqiqat sualı:  Kütlə vahidləri hansılardır? Vahidlərdən birindən digərinə keçid necə baş verir?

 

Tədqiqatın aparılması:Qruplarda işləmək üçün şagirdlərə 15 dəqiqə vaxt verilir. I qrup – mq, II qrup – q, III qrup – kq, IV qrup – t. adlandırılır.

 

mq qrupu

       1. Kütlələr arasındakı münasibəti müəyyənləşdirin:

        m =250 q     m =0,24 kq     m = 2450 mq     m = 0,01 t

       2. Verilmiş tapmacanın açmasını tapın: - Dovşanın əmrindədir,  

       bəndənin felindədir, 4 ayağı 2 gözü, quyruğu belindədir.

        3. Verilmiş cismin kütləsini hesablayın.

 

 

q qrupu

1.   Tarazlıqda olan laboratoriya tərəzisinin sağ gözünə 2 ədəd 50 q-lıq, 3 ədəd 10 q-lıq, 4 ədəd 2 q-lıq çəki daşı qoyulmuşdursa, sol gözündəki cismin kütləsi nə qədərdir?

2.  Kütlələr arasındakı münasibəti müəyyənləşdirin:

       m =0,2 kq     m = 0,001 t     m = 400 q     m = 4562 mq

3.    Verilmiş cismin kütləsini hesablayın

 

kq qrupu

1.  Mövzuya aid atalar sözü fikirləşin

2.  Tarazlıqda olan laboratoriya tərəzisinin sağ gözünə 1 ədəd 50 q-lıq, 3 ədəd 2 q-lıq, 2 ədəd 10 q-lıq çəki daşı qoyulmuşdursa, sol gözündəki cismin kütləsi nə qədərdir?

3.  Verilənləri kiloqramla ifadə edin:

12360 q, 0.023 t,  8400 mq

 

t qrupu

1.  Hər birinizin kütləsini elektron tərəzi vasitəsilə çəkin və kimin kütləsinin az, kimin kütləsinin nisbətən böyük olduğunu tapın

2.  Verilənləri q-la ifadə edin:

0.27 kq,        1.23 mq,              1.2 t,      0.3642 kq

    3.  Cismin kütləsini hesablayın

 

    Məlumat mübadiləsi:Şagirdlər hazırladıqları tapşırıqları təqdimat edir.

Məlumat müzakirəsi: Şagirdlərlə birlikdə təqdimatlar müzakirə olunur. Səhvlər üzərində iş aparılır.

 

      Nəticəçıxarma: Dərsin yekununda belə nəticəyə gəlinir ki, kütlə vahidləri mq, q, kq, t və s. hesab olunur.  Kütlə tərəzi ilə ölçülür. Kütlə vahidlərindən birindən digərinə keçid mövcuddur. 

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 281.42 Kb
Количество скачиваний: 87
Просмотров: 280

Похожие материалы