Mimio proqramında səsbəst işlədiyinə görə
Предмет: | Начальные классы |
---|---|
Категория материала: | Рабочие программы |
Автор: |
Dovletova Nurane Sahib
|
Metodik vəsait riyaziyyatın konstruktiv təlimlə tədrisinə
həsr olunmuş, konstruktivizm nəzəriyyəsinin prinsiplərinə
əsasən işlənmişdir. Kitabda təfəkkürü inkişaf etdirən riyaziyyat
elmi ilə idrakı proseslərə əsaslanan konstruktiv təlimin
uğurlu vəhdəti yaranmışdır.
Kitab üç bölümdən ibarətdir. “Riyaziyyatın konstruktiv
təlimlə tədrisi metodikası” adlanan kitabın birinci bölümü
metodiki araşdırmalardan və konstruktiv təlimlə tədris
olunmuş riyaziyyat dərslərindan ibarətdir. Buradakı metodiki
araşdırmalar müəllim işini istiqamətləndirmək üçün
nəzərdə tutulmuşdur. Nümunələrdəki mövzular ətrafında
aparılan araşdırmalar isə dərsləri genişləndirərək mövzu
ilə bağlı fəsli əhatə edərək yeni bilikləri yaradır. Kitabdakı
araşdırmaların maraqlı cəhətlərindən biri sualların
qoyuluşunda və cavabların məntiqli olmasındadır ki, bu
da öz növbəsində yaradıcı təfəkkürdə gələcək bilikləri də
yaradır.
Fikirlərimi müəllifin konstruktiv təlimlə tədris etdiyi “Xətti
funksiya və onun qrafiki” mövzusu üzərində aydınlaşdırmaq
istəyirəm. Müəllif mözunun tədrisi zamanı xətti funksiyanı
qüvvət funksiyası şəklində göstərir.
Şagirdlər qüvvət üstünü dəyişməklə xətti funksiyadan
gələcəkdə tədris olunacaq silsilə funksiyalar alırlar və onlar
haqqında müəyyən mülahizələr söyləyirlər. Sonda isə
4
Nurlan Quliyeva
xətti funksiyanı iqtisadiyyata-bazara tətbiq etməklə elmlə
həyatı əlaqələndirirlər.
“Düşüncənin riyazi dili” adlanan ikinci bölüm riyazi hekayələrdən
ibarətdir. Burada müəllif riyazi qanunauyğunluluqları
obrazlara çevdiyi riyazi anlayışların dilindən izah
edir. Zənnimcə, riyaziyyatın müxtəlif sahələrinə aid olan
bu cür elmi hekayələr təfəkkürün inkişafında müstəsna rol
oynaya bilərlər.
Üçüncü bölümdə isə gənc mütəxəssisin təcrübi mülahizələrini,
nəzəri qənaətlərini özündə əks etdirən elmi
məqaləsi yer almışdır.
Ümumiyyətlə, kitabdakı bütün mövzulada riyaziyyatı
həyatın və elmin müxtəlif sahələri ilə birləşdirən, yaradıcı
öyrənməyə təkan verən riyazi və məntiqi suallar, düşündürücü
cavablar vardır.
Fikrimcə, riyaziyyat dərslərinin konstruktiv təlimlə tədrisi
riyazi təfəkkürün inkişafında və şagirdin şəxsiyyət kimi
formalaşmasında mühüm rol oynadığından kitab təhsil islahatlarına
uyğundur və müəllifin fikirləri təqdirəlayiqdir
Тип материала: | Неизвестен (pdf) |
---|---|
Размер: | 1.75 Mb |
Количество скачиваний: | 6 |