Morfologiyanın tədrisində nitq inkişafı

Предмет: Биология
Категория материала: Другие методич. материалы
Автор:

Bu baxımdan «Sözün tərkibi» mövzusunun tədrisi diqqəti cəlbedır. Şagirdlər söz haqqında anlayışı başa düşmək üçün onun xarici cəhətini (səs tərkibi), daxili cəhətini (mənasıın), başqa sözlə leksik və qrammatik mənasını, onların aralarındakı qarşılıqlı əlaqənii öyrənməlidirlər. Sözün leksik mənası ayrılıqda hamı tərəfindən eyni cür, öz həqiqi mənasında başa düşülür. Qrammatik məna haqqında danışdığımız əşyaya (hərəkətə, əlamətə və s.) münasibətimizi bildirir. Biz gəl sözünü gəlirəm, gəldim, gəlmişdim, gələcəyəm, gələrəm, gəlməliyəm şəklində işlətməklə onu müxtəlif münasibətlər dairəsinə daxil edirik. Uşaqlarda sözə linqvistik münasibətin yaradıldılması vacibdir. Onlar sözün qrammatik forması ilə leksik mənası arasında mövcud olan əlaqələri başa düşməlidirlər. Uşaq tədricən bilməlidir ki, alma və armud sözləri meyvə bildirməklə, həm dəisimdir, adlıq haldadır, təkdir, cümlədə mübtəda ola bilər və s.

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 13.28 Kb
Количество скачиваний: 2
Просмотров: 122

Похожие материалы