Музыка Tecты 3 класс
Предмет: | Начальные классы |
---|---|
Категория материала: | Тесты |
Автор: |
Гусейнова Вафа Амрах
|
1. Tetraxord nədir və neçə səsdən ibarətdir?
a) qammanın bir,iki və üçüncü səsləri; 3 səsdən ibarətdir
b) qammanın dörd və altıncı səsləri; 2 səsdən ibarətdir
c) qammanin birinci və ikincidörd səsi; 4 səsdən ibarətdir
2. Muğamların əvvəlində səslənən instrumental müqəddimə necə adlanir ?
a) təsnif b) muğam c) dəraməd , bərdaşt.
3. “İldırımlı yollarla” baletinin bəstəkarı kimdir ?
a) F.Əmirov b) Q.Qarayev c) E.Nəzirova
4. Təntənəli temp necə adlanir?
a) maestoso b) pentatonika c) tetraxord
5. Karvan simfonik lövhəsinin bəstəkarı kimdir ?
a) C.Cahangirov b) S.Hacıbəyov c) A.Rzayev
6. Pentatonika nədir ?
a) altı səsdən ibarət lad b) dörd səsdən ibarət lad
c) beş səsdən ibarət lad
7. Rəng nədir ?
a) muğam şöbələri arasında səslənən rəqs xarakterli musiqi parçası
b) muğamın girişi c) muğamın son bölməsi
8. Təsnif nədir ?
a) muğamın əvvəlində səslənən instrumental musiqi
b) muğamın finalı
c) dəsgah şöbələri arasında keçid üçün istifadə edilən mahnı
9. Muğam kim tərəfindən ifa olunur?
a) vokal müğənnisi tərəfindən b) xanəndə tərəfindən
c) estrada müğənnisi tərəfindən
Тип материала: | Документ Microsoft Word (docx) |
---|---|
Размер: | 17.08 Kb |
Количество скачиваний: | 12 |