SƏS, HƏRF, HECA, RƏQƏM

Предмет: Начальные классы
Категория материала: Тесты
Автор:

Məlumdur ki, "Divanu Luğati-t-Türk"ə qədər VIII-IX əsrlərə aid uyğur şeir mətnləri (dini məzmunlu Maniçi poeziya) vardır. XI əsrdə (bəzi fikirlərə görə daha öncəki əsrlərdə) qələmə alınmış, sonradan üzü köçürülmüş Dədə Qorqud dastanında olan şeirlərin isə formaca hansı dövrün məhsulu olduğunu müəyyən etmək xeyli çətindir. Bu abidənin bu günə gəlib çatmış ən əski əlyazma nümunəsi XVI əsrə aiddir. Məlumdur ki, bu dövrdə artıq heca vəzni mükəmməl bir inkişaf səviyyəsinə çatmışdı. Dədə Qorqud dastanının yaranma dövrünün əsasən VII əsr olduğu qəbul edilir. Həmin dastanın məzmununda isə hətta eramızdan əvvəlki dövrləri əks etdirən motivlər var. Dədə Qorqud şeirlərində heca vəzninin müəyyən elementlərinə (4-lük, 3-lük və 7-lik bölgüləər və s.) rast gəlinsə də heca vəzni (həmçinin qafiyə) hələ formalaşmamışdır. Maniçi uyğur şeirləri də formaca Dədə Qorqud şeirlərinə oxşardır, Belə ki, burada da qafiyələnmə əvəzinə eyni söz və ya şəkilçinin təkrarı müşahidə olunur. Misralarda heca sayları fərqlidir. Misraların bölgülənməsi isə demək olar ki, hiss olunmur. Məhz bölgülənmə baxımından maniçi uyğur şeir mətnləri Dədə Qorqud şeirlərindən geri qalır. Lakin həmin uyğur şeirlərinin qələmə alındığı VIII əsrdə heca vəzninə daha yaxın şeirin paralel şəkildə mövcud olub-olmadığı qaranlıq qalır.[1]

Göründüyü kimi mövcud yazılı mənbələr hələlik ümumtürk şeirində, o cümlədən Azərbaycan-türk şeirində heca vəzninin inkişaf yolunu xronoloji olaraq izləmək üçün yetərli deyil.[1]

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 482.57 Kb
Количество скачиваний: 8
Просмотров: 95

Похожие материалы