Temperatur və onun ölçülməsi
Предмет: | Физика |
---|---|
Категория материала: | Рабочие программы |
Автор: |
Алиева Сабина Сулеймановна
|
Mövzu: Temperatur və onun ölçülməsi
Keçirilmə tarixi: 11-21 avqust 2014
Mərkəz: Biləsuvar rayonu 4 saylı
tam orta məktəbi
Mövzu: Temperatur və onun ölçülməsi
Standartlar:
2.2.1 Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir.
3.1.1 Sadə ölçü cihazlarından istifadə edir.
3.1.2 Sadə təcrübələr aparır, nəticələrini
təqdim edir.
Məqsəd:
1. Termometrin iş prinsipini maddələrin molekulyar quruluşuna əsaslandığını şərh edir.
2. Termometr vasitəsilə cismin temperaturunu ölçür.
3. Mövzuya aid sadə məsələlər həll edir.
İş forması: Bütün siniflə iş, qruplarla iş
İş üsulu: Beyin həmləsi, BİBÖ
Resurslar: Termometr, müxtılif mayelər, elektron resurslar
İnteqrasiya: Həyat bilgisi, riyaziyyat
Motivasiya: Hansı daha soyuqdur? Əvvəlcə əlinin birini soyuq, digərini isti sudan çıxarıb ilıq suya daxil etdikdə müxtəlif temperaturlar hiss edir. Şagirdlərin bu hadisəyə aid fərziyyələri dinlənir və iş vərəqlərində qeyd olunması tələb olunur.
Əlləriniziqablardan çıxarib ilıq olan qaba daxil edin.
Yönəldici suallar:
1. Temperatur nəyi xarakterizə edir?
2. Temperatur hansı cihazla ölçülür?
3. Termometrin iş prinsipi hansı hadisəyə əsaslanır?
4. Selsi şkalası ilə termometri necə dərəcələyirlər?
Tədqiqat sualı:
Termometrin aşağı və yuxarı həddinin necə müəyyən etmək olar?
Şagirdlər Buz və Su olmaqla iki qrupa bölünürlər.
Buz Qrupu
Termometrin göstərişini müəyyən
edin.
Su Qrupu
Termometrin göstərişini müəyyən
edin.
Müzakirə sualları:
1. Termometrlərin göstərişini müəyyən etmək üçün hansı ardıcıllıqla iş apardınız,
2. Termometrin göstəriciləri arasında fərq müəyyən necə müəyyən edilir?
Nəticə və ümumiləşdirmə:
Cismin qızma dərəcəsini müəyyən edən fiziki kəmiyyət temperaturdur. Temperaturun dəqiq ölçülməsi üçün termometrdən istifadə edilir. Ən çox istifadə olunan termometrlərin iş prinsipi mayelərin istidən genişlənməsinə əsaslanır.
Ev tapşırığı:
Gün ərzində havanın temperaturunu üç dəfə ölçməklə orta temperaturu müəyyən etmək.
Refleksiya:
Bu gün nə öyrəndiniz?
Qiymətləndirmə:
Qruplar
Meyarlar
Buz
Su
Tapşırığın yerinə yetirilməsi
Fəallıq
Vaxta riayət edir.
Əməkdaşlıq
Formativ qiymətləndirmə
Zəif
Orta
Yüksək
Termometrlərin iş prinsipinin maddələrin molekulyar quruluşuna əsaslandığını şərh etməkdə çətinlik çəkir.
Termometrlərin iş prinsipinin maddələrin molekulyar quruluşuna əsaslandığını müəllimin köməyi ilə şərh edir.
Termometrlərin iş prinsipinin maddələrin molekulyar quruluşuna əsaslandığını şərh edir.
Termomter vasitəsilə cismin temperaturunu çətinliklə ölçür.
Termomter vasitəsilə cismin temperaturunu şagirdlərin köməyi ilə ölçür.
Termomter vasitəsilə cismin temperaturunu sərbəst ölçür.
Mövzuya aid sadə məsələlər həll etməkdə çətinlik çəkir.
Mövzuya aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.
Mövzuya aid sadə məsələləri
Тип материала: | Документ Microsoft Word (doc) |
---|---|
Размер: | 1.51 Mb |
Количество скачиваний: | 29 |