Coğrafiya kabinetinin aylıq orqanı

Предмет: География
Категория материала: Презентации
Автор:

Coğrafiya kabinetinin aylıq orqanı ‹‹Aprel-2015››

Eratosfen kimdir?

Kirenalı Eratosfen (E.ə. 276 - E.ə. 194) — Qədim yunan riyaziyyatçısı, filosofu, astronomu, coğrafiyaşünası.

Coğrafiya elminin yaradılmasında və inkişafında misilsiz xidmətləri olan dahi mütəfəkkirdir. O, ilk dəfə olaraq elmə coğrafiya anlayışını gətirmiş, ilk coğrafiya kitabını ("Geoqrafiya") yazmışdır. Sonralar coğrafiya elmi "Yeri təsvir edirəm" mənasını verən bu kitabın adı ilə tanınmışdır. Eratosfen həmçinin ilk dünya xəritəsinin müəllifidir. Onun tərtib etdiyi xəritədə Avropa, Ön Asiya və Şimali Afrika quru parçaları, Aralıq dənizi, Atlantik okeanı, Qırmızı dəniz, Şərq və Şimal okeanları, o vaxt insanlara məlum olan adalar və s. təsvir olunmuşdur. Eratosfen Yerin ölçülərini də hesablamışdır. Onun aldığı nəticələr müasir ölçülərə çox yaxındır. Riyaziyyatda sadə ədədlərin tapılması üsulunu vermişdir. Bu üsul “Eratosfen Şəbəkəsi” və ya “Eratosfen qəfəsi” adı ilə tanınır. Kubun ikiqat böyüdülməsi məsələsinin həlli üçün cihaz yaratmışdır. Riyaziyyatçı olmasına baxmayaraq, onun fəlsəfəyə və musiqiyə dair də əsərləri var. Eratosfen şəbəkəsi aşağıdakı kimi yaradılır:

·         Əvvəlcə 2-dən N-ə qədər ədədlər yazılır.

·         Əvvəlcə 2-dən başqa 2-yə bölünən ədədlər pozulur.

·         Daha sonra 5-ə, 7-yə, 11-ə və s. bölünenler pozulur.

·         Prosses davam edir və 2 ilə N arasında sadə ədədlər qalır.

 

                                                                                               Mənbə: az.wikipedia.org

 

Dünya möcüzələri: Bermud üçbucağı

 

       Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazdə yerləşir. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli və müdhiş ərazisi hesab olunur. Buraya "Atlantik qəbiristanlığı", "ölüm və ya şeytan üçbucağı" da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub. Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazdə yerləşir. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli və müdhiş ərazisi hesab olunur. Buraya "Atlantik qəbiristanlığı", "ölüm və ya şeytan üçbucağı" da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub.

       İnsanları narahat edən və qorxudan, minlərlə insanın yox olduğu, bir-birinin ardınca bir çox sirlər saxlayan bu möcüzə nədir? İnsanlar hara yox olur? Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür? 1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf etdi. Buranı Şeytan adası adlandırdı. Elə onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırıldı. Atlantik okeanın bu müəmmalı rayonuna həm ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gəlmişdir. Saysız-hesabsız fərziyyələr irəli sürülmüşdür, çoxlu kitablar yazılmışdır, amma bu müəmmalı yerin sirri hələ də açılmamışdır.

       Təqribən 20-ci əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başladı. "Bermud üçbucağının" müəmmalarına maraq göstərən tədqiqatçılar keçmiş zamanlardan indiyə kimi məlumat toplayırlar. Atlantik okeanın bu ərazisindən keçən Xristofor Kolumb müşahidə etdiyi qəribə hadisələri qələmə almışdır. Böyük səyyahı su səthinin qeyri-adi parıltısı və havaya qalxan od parıltısı valeh etmişdir.

       Bermud üçbucağı yalnız həmin yerə aid deyil. Ora Bermud adasının zirvəsidir. Atlantik okeanın xəritəsində Bermud üçbucağı öz klassik formasında kəsilməz xətlərlə təsvir olunur.

       Bermud üçbucağı haqqında maraqlı məlumatları növbəti buraxılışlarımızda sizlərə təqdim edəcəyik.

                                                                                                          Mənbə: kayzen.az

 

Aprel ayının tarixə yazılan günləri

 

1 Aprel-Ümumdünya Gülüş Günü

Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.Böyük Britaniyada 1 apreli “Səfehlər Günü”, Fransada isə “Aprel balığı Günü” adlandırırlar.Məsələ burasındadır ki, əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı.Həmin gün insanlar bir-birini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər.Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i-yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı.Lakin “Aprel balığı Günü”  də unudulmamışdı.Həmin gün fransızların gülüş gününə çevrilmişdi. Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə-məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi.Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”.Eyni zamanda “Səfehlər kralı” (və ya “Zarafatlar kralı”) təyin edər, şənlənər, lətifələr söyləyərdilər.”Səfehlər Günündə” maska geyinmək qayda idi.Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi. Bizim ölkəmizdə isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur.Həm də bundan heç kəs incimir.Hamı çalışır ki, aprelin 1-i günü aldanmasın.

22 Aprel-Beynəlxalq Yer kürəsi Günü

Beynəlxalq Yer Kürəsi Günü əvvəllər “Ağac Günü” adı ilə qeyd olunmuşdur.Bu bayramın keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir.ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi.Onun özü və ailəsi ilk olaraqr ağac əkməyə başlamışdı.Tezliklə bu təşəbbüs geniç əks-səda doğurmuşdu.İlk “Ağac Günün”də ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi. 1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olundu.1970-ci ildə “Ağac Günü”nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırıldı.Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi.Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı.

                             

                                                                                                                  Mənbə: qadin.net

 

Ekoloji təqvim

1 aprel – Beynəlxalq quşlar günü

4 aprel – Beynəlxalq siçovullar günü

7 aprel – Ümumdünya sağlamlığı qoruma günü

15 aprel – Ekoloji biliklər günü

18 aprel – Beynəlxalq abidələri və tarixi yerləri mühafizə (qoruma) günü

19 aprel – Novruzgülü (qargülü) günü

19-24 aprel – “Parkların marşı” aksiyası

22 aprel – Beynəlxalq Yer günü

24 aprel – Ümumdünya laborator heyvanları mühafizə günü

26 aprel – Radiasiya qəzaları və fəlakətlərində həlak olanların xatirə günü

28 aprel – Kimyəvi silahla çalışan insanların haqlarını müdafiə günü

                 (Kimyəvi təhlükə günü)

30 aprel – Yanğından mühafizə günü

                                                                                          Mənbə: Prezident kitabxanası

 

 

               Qəzeti hazırlayanlar

 

Redaktor:

         Mustafazadə Anar İbrahim oğlu

Redaktor müavinləri:

        Hacıyev Nihad Natiq oğlu

        Musayev Toğrul Əhmədiyyə oğlu

        Məmmədli Qönçə Abdurahman qızı

 

Qəzet haqqında fikir və təkliflərinizi aşağıdakı internet adreslərinə göndərə bilərsiniz

E-mail :   anar-gm@mail.ru

                 anar87cm@gmail.com

Facebook: Anar Mustafazade

 

      

E L A N

 

Hörmətli müəllimlər, valideynlər və şagirdlər,

   - 7 aprel 2015-ci il tarixdə saat 15:00-da məktəbimizdə “İnternet aləmində etik davranış normaları” mövzusunda dəyirmi masa keçiriləcəkdir. Maraqlananlar iştirak edə bilərlər.

   - 14 aprel 2015-ci il tarixdə saat 15:00-da məktəbimizdə “Ekoloji mədəniyyət və Cəmiyyət” mövzusunda dəyirmi masa  təşkil olunmuşdur. İştirak sərbəstdir.

 

 

                       Məkan: Coğrafiya kabineti

Тип материала: Документ Microsoft Word (docx)
Размер: 339.16 Kb
Количество скачиваний: 3
Просмотров: 78

Похожие материалы