Kurikulumdan aid olan testler
Предмет: | Физика |
---|---|
Категория материала: | Тесты |
Автор: |
Гусейнова Вусала Камал
|
Suallar
1. Kurikulum nədir?
a) planlaşdırma b) konseptual sənəd c) standart d) qiymətləndirmə
2. Aşağıdakı anlayışlardan hansı fənn kurikulumuna aid deyil?
a) məzmun standartı b) məzmun xətti
c) ümumi təlim nəticələri d) həftəlik dərs saatlarının miqdarı
3. Aşağıdakılardan hansı fənn kurikulumlarının səciyyəvi cəhətidir?
a) bilikyönümlüdür b) nəticəyönümlüdür
c) müəllimyönümlüdür d) fənyönümlüdür
4) Bunlardan biri əsas qiymətləndirmə növünə aid deyil ?
a) diaqnostik b) rüblük c) formativ d) summativ
5.Aşağıdakılardan hansı biliyin kateqoriyasına aiddir?
a) psixomotor
b) deklarativ
c) idraki
d) ünsiyyət
6.Kurikuluma nə daxil deyil?
a) təlim strategiyaları
b) məzmun standartları
c) təhsil qanunu
d) qiymətləndirmə mexanizmləri
7.Məzmun standartı neçə hissədən ibarətdir?
a) 2 b) 1 c) 3 d) 5
8) “Tələbyönümlülük” deyəndə nə nəzərdə tutulur?
a) məktəbin tələbatının nəzərə alınması.
b) fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
c) şagirdin tələbatının nəzərə alınması.
d) məktəbin və ailənin tələbatının nəzərə alınması.
9) Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?
a) dəstəkləyici mühitin yaradılması
b) fəaliyyətin stimullaşdırılması
c) təlimdə bərabər imkanların yaradılması
d) bilikyönümlülük
10) Neçə təlim forması var?
a) 8 b) 5 c)4 d) 14
11) Aşağıdakılardan hansı iş forması deyil?
a) cütlərlə b) fərdi c) müzakirə d) kollektiv
12) Aşağıdakılardan hansı iş üsuludur?
a) klaster, müzakirə
b) qruplarla, müsahibə
c) bibö, cütlərlə
d) cütlərlə, fərdi
13.Planlaşdırmanın neçə növü var?
a) 1 b) 3 c)2 d) 6
14. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?
a) aylıq b) illik c) rüblük d) gündəlik
15. Perspektiv planlaşdırma aparmaq üçünmüəllim hansı bacarıqlara malik olmalıdır?
1. Məzmun standartlarına əsasən dərslikdəki (dərslik olmayan fənlər üzrə müəllim vəsaitindəki) tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq.
2. Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3. İnteqrasiya imkanlarını müəyyən etmək.
4. Mövzuya uyğun motivasiyanı müəyyənləşdirmək.
a) 2, 3, 4 b) 1, 2, 3 c) 1,3, 4 d) 1, 2, 4
16) Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?
a) xronoloji
b) sadədən mürəkkəbə
c) şeirlərin ardıcıllığı.
d) məntiqi ardıcılllıq
17) Aşağıdakılardan hansı ənənəvi qiymətləndirmə sisteminə aiddir?
a) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
b) qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.
c) şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli şəklidə izlənilir.
d) cari qiymətləndirilmənin aradan qaldırılması məzmun standartlarının bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir.
18) Məktəbdaxili qiymətləndirmənin neçə növü var?
a) 2 b) 4 c) 5
Тип материала: | Документ Microsoft Word (doc) |
---|---|
Размер: | 91 Kb |
Количество скачиваний: | 30 |