Pedaqoji təmayüllü kolleclərdə dil tədrisində interaktiv təlim metodlarından istifadə imkanları
Предмет: | История |
---|---|
Категория материала: | Конспекты |
Автор: |
Agayarova Seadet Ebdulhuseyn
|
Respublikamızda aparlılan təhsil islahatının əsas məqsədlərindən biri təlimin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Fəal təlim metodları bu işdə müəllimlərin qarşısında geniş imkanlar açır. Belə ki, əməkdaşlıq metodikasına əsaslanan yeni üsullarla keçirilən dərslər tələbələri maraqlandırır, həm təhsil, həm tərbiyə prosesinə, tələbələrin bilik keyfiyyətinə müsbət təsir göstərir. Dərsdə əməkdaşlıq, tədqiqatçılıq, yaradıcılıq mühiti yaratmaq tələbələri sərbəst və aktiv təlim fəaliyyətinə təhrik edir. Bu zaman onlar yalnız qiymət almaq deyil, düşünmək, tapmaq arzusu ilə çalışırlar, fikirlərini müstəqil, yaradıcı və sərbəst şəkildə ifadə etməyi, tədqiqatçılığı öyrənirlər. Tələbələr mövzunu dərindən mənimsəyir, bir-birini dinləmək, yoldaşına kömək etmək, onun fikirlərinə hörmətlə yanaşmaq və s. bu kimi əxlaqi-iradi keyfiyyətlərə yiyələnirlər.
Aşağıda verilmiş “Dil insanlar arasında ən vacib ünsiyyət vasitəsidir” mövzusunda bu dərs nümunəsində məqsəd dərsin keçilmə üsulunu ğöstərməkdir. Mövzu “İngilis dili ” ixtisası üzrə təhsil alan qruplarda “Dilçiliyə giriş” fənnindən tədris olunur.
Mövzu: “Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir.”
Məqsəd: Dilin mahiyyəti, əhəmiyyəti və vəzifələri haqqında biliklərin verilməsi;
– Ana dilini sevməyi və sevdirməyi öyrətmək;
-Yoldaşını dinləmək bacarığı və diskussiya mədəniyyəti formalaşdırmaq.
Dərsin tipi: İnteraktiv dərs
İş forması: Qruplarla iş
Resurslar: Ünsiyyət formalarını göstərən sxemlər, plakatlar, şəkillər, lövhə, kartoçkalar.
Dərsin gedişi:
1. Dərketməyə yönəltmə mərhələsində az vaxt ərzində sinfi təşkil edib ev tapşırıqlarını yoxlayıram. Daha sonra ünsiyyət vasitəsi olan dilhaqqında tələbələrin nəyi bildiklərini soruşuram.
2. Motivasiyanın fəallıq yaradan səbəb olduğunu nəzərə alaraq mövzu üzrə tələbələrə suallar verirəm:
– Hər bir şəxs duyduğu, hiss etdiyi haqqında fikirləşir, düşündüyünü başqa-
sına çatdırmaq istəyir, fikir mübadiləsi etməyə çalışır. Bunun üçün o, müəyyən vasitələrdən istifadə edir. Məsələn, mən dərsi izah etmək üçün həm danışıram, həm müxtəlif şəkillərdən, həm də jest və mimikalardan istifadə edirəm. Siz öz düşüncələrinizi, hisslərinizi ifadə etmək üçün hansı vasitələrdən istifadə edirsiniz?
– Qəmli, kədərli vaxtınızda hansı musiqiyə üstünlük veririsiniz? Öz hisləri-
nizi musiqi ilə ifadə etdiyiniz vaxt olubmu?
– Üz-üzə görə bilmədiyiniz, əlaqə saxlaya bilmədiyiniz insanlara fikirləri-
nizi necə çatdırırsınız?
– Sevginizi, nifrətinizi, mənfi və müsbət rəyinizi jest və mimikalar vasitəsi-
lə və ya hədiyyələrlə necə ifadə edirsiniz?
– Yol hərəkəti nişanları sizə nə söyləyir?
Baxın, bütün bunlar insanlara anlaşma və ünsiyyət kimi xidmət göstərən əlaqə vasitələridir.
3. Problemin qoyulması:
– Biz dildən başqa da ünsiyyətə, fikrin ifadəsinə xidmət edən vasitələrin olduğunu xatırladıq. Belə bir sual ortaya cıxır. Fikrin ifadəsinə xidmət edən
bu qədər vasitələr olduğu halda nə üçün məhz d i l insanlar arasında ən vacib və ən mühüm ünsiyyət vasitəsi hesab olunur?
4. Tədqiqat mərhələsində verilmiş suala cavab tapmaq üçün qruplara bölünmənin prinsiplərindən istifadə edərək 4-5 nəfərdən ibarət qruplar təşkil edirəm və qruplara işçi vərəqələri, şəkillər paylayıram.
I qrup: Füzulinin heykəli bizə nə deyir? Heykəl və abidələrlə ifadə olunan
fikir dili əvəz edə bilərmi?
II qrup: Gördüyünüz rəsm əsərinin mənasını izah etməyə çalışın. Rəsm
əsərləri ilə həmişə bütün fikirləri ifadə etmək olarmı?
III qrup: Verilmiş plakatın mənasını izah etməyə çalışın. Plakatlardan hər
cür şəraitdə istifadə oluna bilərmi?
IV qrup: Verilmiş şəkillərdəki jest və mimikaların ifadə etdiyi mənaları
söyləyin. Jest və mimikalar hər zaman dili əvəz edə bilirmi?
V qrup: Verilmiş kimyəvi maddələrin ( H2O, NaCL… ) adlarını yazın. Diskussiya şəraitində keçən bu mərhələdə hər kəs öz fikrini irəli sürür və
əsaslandırır. Təqdim olunan işçi vərəqələrindəki suallar cavablandırıldıqdan sonra qruplar tədqiqatın nəticələrini təqdim edirlər.
5. Məlumat mübadiləsi mərhələsində qrup üzvlərinin cavabları ilə tanış olur, onların fikirlərini dinləyirik:
I qrup – Füzulinin heykəli bizə bəşəriyyətin bütün qəmini öz çiynində daşı-
yan, sanki fələyin sınağından keçmək üçün dünyaya gəlmiş, hər bir şeydə məzmun gözəlliyi axtaran böyük mütəfəkkir, qüdrətli qələm ustadı olan bir şair haqqında məlumat verir. Amma hesab edirəm ki, heykəl və abidələrlə bütün fikirləri ifadə etmək olmaz.
II qrup – Rəsmdə xalq qəhrəmanı Koroğlu təsvir olunub. Rəssam onun üz cizgilərində böyük sərkərdəyə xas qəhrəmanlığı əks etmişdir. Atı və qılıncı şücaətindən söz açır, geyimi yaşadığı dövr haqqında məlumat verir.
III qrup – Plakatdan belə aydın olur ki, vətən təhlükədədir və düşmən tapdağından azad olmaq üçün hamını səfərbər olmağa çağırır. Plakatı hər kəs çəkə bilməz. Həm də bunun üçün xüsusi alət və vasitələr olmalıdır.
IV qrup – Verilmiş şəkildə iki nəfərin bir-birinə hədə-qorxu gəlməsi anlamını verən üz cizgiləri, jestlər əks olunub. Bunları təəccüb və heyrət mənasında da anlamaq olar.
V qrup – Verilmiş maddələr su və duzdur. Bu işarələr onların xassələri haqqında heç bir məlumat vermir.
Tələbələrin cavabları alındıqdan sonra cəmiyyət tarixində ünsiyyət üçün, qarşılıqlı anlaşma üçün mövcud olan vasitələr haqqında qısa məlumat verirəm:
– İnsanların həyat tərzləri, dünyagörüşləri, inkişaf yolları həmişə müxtəlif və rəngarəng olmuşdur. Fiziki təbiətlərinə görə ünsiyyət vasitələri iki yerə bölünür: akustik (səslənən) və optik (görünən) ünsiyyət vasitələri. Səslənən ünsiyyət vasitələrinə dil, siqnal, təbil; görünən ünsiyyət vasitələrinə yazı, jestlər, işarələr və sair daxildir
Hələ çox qədimlərdə insanlar öz fikirlərini uzaq məsafələrə çatdırmaq üçün fit çalmaqdan istifadə etmişlər. Belə hesab edirlər ki, keçılməsi çətin olan yerlərdə gediş – gəliş təhlükəli olduğu üçün insanlar özlərindən uzaqda olanlara fit vasitəsilə müraciət etmişlər. Deməli, fit dili ( silbo ) məlumatı uzaq məsafəyə çatdırmaq vasitəsi olmuşdur.
Afrika, Amerika, Asiyanın bir sıra xalqları “danışıq“ üçün təbil səsindən istifadə edirlər. Təbil ilə həm qonşuya, həm də ətraf kəndlərə məlumat ötürürlər. Təbil “dili” vasitəsilə bir çox məlumat və xəbərləri xalqa çatdırmaq mümkündür.
Musiqi insanın duyğu və hisslərini səslər vasitəsiləifadə edir. Bu ünsiyyəti milliyyətindən, ölkəsindən asılı olmayaraq hər bir kəs başa düşür. Hətta not yazısı da beynəlxalq xarakterlidir.
Rəsmdən istifadənin tarixi çox qədimdir (Qobustan qayaüstü rəsmləri, Misir ehramlarındakı rəsmlər və s…). Zaman keçdikcə rəsm əsərlərinin yaradılması üçün istifadə edilən ləvazimatlar təkmilləşmiş, yeniləri yaranmışdır. Rəsm əsərlərində istifadə olunan rənglərlə əks edilən fikri bəzən bir neçə kitabda ifadə etmək olmur.
Yazı ünsiyyətinə teleqraf əlifbası ( morze), yol işarələri, not yazıları, riyazi, kimyəvi işarələr və s. daxildir. Yazı – fikri başqasına çatdırmaq üçün vacib vasitə olmasına baxmayaraq, müstəqil deyil, cünki yazı dildən asılıdır və onsuz yaşaya bilməz. Sadaladıqlarımızdan başqa heykəl – abidə ünsiyyəti, siqnal (pıçıltı, tüstü,
güzgü, işıq, bayraq və s.) ünsiyyəti deyilən ünsiyyət vasitələri də mövcuddur.
Deyilənlərdən belə məlum oldu ki, bu ünsiyyət vasitələrinin hamısı eyni imkanlara malik deyil. Silbo və təbilünsiyyəti səsli dil olmadan yarana və inkişaf edə bilməz. Belə ki, bu ünsiyyətlərdə istifadə olunan işarələr əvvəlcədən müəyyən olunur və səsli dilə əsaslanır. Musiqi insanın ən dərin duyğularını ifadə etsə belə, varlığı dil kimi əks etdirə bilmir. Çünki hər şeydən əvvəl o, monoloji xüsusiyyət daşıyır, qarşılıqlı ünsiyyət yarada bilmir. Eləcə də hər kəs öz fikirlərini musiqi ilə ifadə edə bilmir. Yazının müxtəlif növləri əsrlər boyu müxtəlif elm sahələrində işlənərək insanlara xidmət etmişdir. İnsanlar öz arzu və fikrini başqasına çatdırmaq üçün bu vasitədən çox istifadə edirlər. Hal-hazırda İKT-nin geniş yayıldığı bir dövrdə yazını çox sürətlə uzaq məsafələrə ötürmək imkanı yaranıb. Buna baxmayaraq, yazı müstəqil deyil. Çünki o, səsli dil üzərində qurulur. Jest və mimikalar da heç vaxt səsli dili əvəz edə bilməz. Jest və mimikalar yalnız müxtəlif məqamlarda işlənir.Onların məzmunu əvvəlcədən müəyyənləşdirilməlidir. Belə ki, onlar müxtəlif mənalar ifadə edə bilər. Rəsm (heykəl və abidələr) insan duyğularının dərinliyinə nüfuz edib müxtəlif mövzuları təsirli və obrazlı şəkildə izah etmək, müəyyən informasiyanı çatdırmaq xüsusiyyətlərinə malikdir. Buna baxmayaraq dil kimi ünsiyyət vasitəsi deyil. Çünki o, hər şeydən əvvəl, qarşılıqlı ünsiyyət yaratmır. Digər tərəfdən, hər kəs rəsm çəkməyi bacarmır. Digər ünsiyyət vasitələri də (plakat, emblem, siqnal, müasir texniki vasitələr və s…) canlı dili əvəz etməyə qadir deyil. Ona görə də bu deyilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gələ bilərik:
D İ L
– universal ünsiyyət vasitəsidir;
– geniş dairədə işlənir;
– hər cür şəraitdə işlənir;
– bütün vasitələrdən daha əlverişlidir;
– MÜSTƏQİL ünsiyyət vasitəsidir.
Məhz bu xüsusiyyətlərinə görə, dil insanlar arasında ən ə s a s, ən v a c i b
və ən mühüm ünsiyyət vasitəsidir.
– tapşırığın məqsədini nə dərəcədə dərk etməsi;
– bilik, bacarıq;
– qrup üzvləri ilə qarşılıqlı işi, əməkdaşlıq;
– şifahi diskussiyada iştirakı;
– alınan nəticələr.
8. Tətbiqetmə mərhələsində dərsi yekunlaşdırıb evə tapşırıq verirəm:
cələrinizi yazın.
hansı vasitələrə rast gəlmisiniz?
Nəticə olaraq qeyd etmək istərdim ki, yeni təlim üsullarına əsaslanan dərslər tələbələrin fəallığını, müstəqilliyini artırmaqla bərabər, onların qarşısında ardıcıl və məqsədyönlü vəzifələr qoyur, yaranmış problemi müstəqil həll etmək, düzgün nəticələr əldə etmək qabiliyyətlərini tərbiyə edir.
Тип материала: | Неизвестен (jpg) |
---|---|
Размер: | 7.27 Mb |
Количество скачиваний: | 2 |