İdman oyunlari uzre yaris

Предмет: Физкультура
Категория материала: Видеоуроки
Автор:

Müəllim orta təhsil məktəblərində idman üçün lazım olan ləvazimatların olmamasından da şikayətləndi: “Dərsdə iştirak edən şagirdlər idman dərsinə “futbol oynamaq” dərsi kimi baxırlar. Fiziki tərbiyə fənni o demək deyil ki, şagird gəlib futbol oynayıb getsin. Tədris zamanı bir sıra normativlər var ki, şagird o normativləri yerinə yetirməlidir. Lakin bir çox hallarda normativləri yerinə yetirmək üçün lazım olan ləvazimatları tapmaq mümkün olmur. Bunun üçün də şagirdlərə bir sıra idman hərəkətləri göstərib, məktəbin ətrafını qaçırtmaqla kifayətlənmək məcburiyyətində qalırıq”.

Binəqədi rayon məktəblərindən birində təhsil alan 9-cu sinif şagirdinin valideyni Tünzalə Əliyeva övladının bədən tərbiyəsi dərsində iştirak etməsinə icazə vermir: “Dərs cədvəlinə nəzər salsanız görərsiniz ki, gündə 6 dərs var və fiziki tərbiyə ikinci dərsə salınıb. Şagirdlər idman dərsində iştirak etdikdən sonra daha 4 dərsdə iştirak etmək məcburiyyətindədirlər. Bu zamanda uşaq tərlədiyi üçün soyuqlayır. Bunun üçün mənim fikrimcə, idman dərsləri ya axırıncı saata salınmalıdır, ya da məktəblərdə istilik şəraiti normal olmalıdır. Dərs cədvəli müəllimlərin nə vaxt gəlib gəlməyəcəyi ilə deyil, şagirdlərin sağlamlıqlarını nəzərə alaraq tərtib edilməlidir”.
Читать полностью: http://news.day.az/society/392666.html

 

Тип материала: Неизвестен (gif)
Размер: 594.56 Kb
Количество скачиваний: 3
Просмотров: 72

Похожие материалы